0
Monday 12 December 2011 - 16:28

Biz, Suriya xalqını çətinliklə üzləşdirən iqtisadi sanksiyanın əleyhinəyik.

Story Code : 121590
Maliki
Maliki
İraq baş naziri Nuri Əl Maliki, "Wall Street Journal"a müsahibəsi zamanı bildirib ki, "dünyanın hər hansı bir ölkəsinin bizim daxili işimzə qarışmasına qarşıyam. Mənim üçün İraqın suverenliyi, hər şeydən üstündür. Bütün ölkələrin dostuyam. Amerikanın dostuyam, Rusiyanın dostuyam, İranın dostuyam, Türkiyənin dostuyam, Ərəblərin dostuyam, bizi boykot etməkdə israr edənlərin (Ərəblərin) də dostuyam."

Türkiyə İraqın daxili işlərinə qarışır?, - sualını cavablandıran İraq baş naziri qeyd edib ki, "Türkiyənin, bəzi siyasi nümayəndələri, bəzi cərəyanları dəstəkləyərək bizim daxili işlərimizə qarışır. İqtisadi əməkdaşlıq cəhətdən iki ölkənin əlaqələri müsbətdir. Amma siyasi işlərə qarışmalarını müsbət qarşılamırıq. Onlar siyasi mövzularda kobudcasına bizim işlərimizə qarışırlar."



"SURİYADA VƏTƏNDAŞ MÜHARİBƏSİ OLSA BÜTÜN BÖLGƏ SARSILAR"

Suriya ilə əlaqədar mövqeyini açıqlayan Nuri Əl Maliki bildirib ki, İraq Suriyanın qonşusudur. Keçmişdə iki ölkə arasında çox böyük problemlər yaşanıb. Bu gün isə Suriya ilə əlaqədar iki məsələni diqqətdə saxlayırıq. Suriyadakı qarşıdurmaların vətəndaş müharibəsinə çevrilməsi İraq mənafelərimizə ziddir. İkincisi də bu regional problemdir. Çünki bölgə sarsılacaq, Suriyanı əhatə edən bütün bölgə. Suriya çox həssas bir bölgədədir. Bu bölgədə İsrail, İraq, İordaniya və Türkiyə var."


"SURİYAYA QARŞI İQTİSADİ EMBARQOYA QARŞIYIQ"

Nuri Əl Maliki, Suriya xalqının azadlıq, demokratiya və seçki tələblərini dəstəklədiklərini söyləyərək qeyd edib ki, "Biz, Suriya xalqını çətinliklə üzləşdirən iqtisadi sanksiyanın əleyhinəyik. Bu təcrübəni biz İraqda yaşamışıq. Əzabını Səddam deyil, xalq çəkdi."

Source : FaktXeber
Comment