QR CodeQR Code

ABŞ və NATO artıq hərəkətə keçiblər

AzadXeber , 13 Dec 2011 18:48

IslamTimes - Türkiyə tərəfdən terroristlər Suriyaya girmək istəyərkən atışma olub və Suriya ordusu terroristlərdən 2-sini öldürüb bir neçəsini yaralayaraq əsir götürüb.


Türkiyədən Suriyaya keçmək istəyən 15 nəfərdən ibarət terrorist qruplaşma, Suriya səthədçiləri tərəfindən güclü müqavimətlə rastlaşıblar. 2 terrorist öldürülüb bir neçəsi yaralanıb. Bu yandan isə Suriya İordaniya sərhədində maraqlı hadisələr qeydə alınıb. İordaniyalı bir hərbiçinin dediklərinə əsasən onlar NATO və ABŞ əsgərlərini öz hava limanlarında gözləyirlər. Bu məlumatı çox adama bildirməsələrdə bu dəqiq məlumatdır. Çünki araşdırmalar onu göstərir və bildirilir ki, Suriya İordaniya sərhədinin 10 km-liyində yerləşən əl-Məfrak məntəqəsi var. Əl-Məfrakdanda 100 km aralıqda yerləşən kral Hüseyn hava limanı yerləşir. Bir çox məlumatlara əsasən bu hava limanına ABŞ-a və NATO-ya aid bir hərbi təyyarə eniş edib. İraqdan əsgərlərlə dolu havaya qalxan hərbi təyyarə nə Amerikaya dönüb nədə ki, Almaniyadakı hərbi bazaya eniş edib. Bu təyyarənin İordaniyadakı təyyarə olmasına dair sübutlar 90% təşkil edir.


Story Code: 121935

News Link :
https://www.islamtimes.org/az/news/121935/abş-və-nato-artıq-hərəkətə-keçiblər

Islam Times
  https://www.islamtimes.org