0
Wednesday 14 December 2011 - 02:34

Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana gedib

Story Code : 122021
Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana gedib
Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana gedib
Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, onun əfqanıstanlı həmkarı Abdul Rahim ilə görüşü nəzərdə tutulur. Görüşdə son zamanlar ABŞ-la münasibətləri korlanmış Pakistandakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, İslamabadla münasibətlərin soyumasının nəticəsi olaraq, bu gün Vaşinqton Pakistana 700 milyon dollarlıq maliyyə yardımını dondurub. Bu, Pakistanın ərazisindən ABŞ-ın Əfqanıstandakı hərbçilərinə ərzaq və silah daşınmasını qadağan etməsinə cavabdır. Öz növbəsində, İslamabadın ABŞ yüklərinin daşınmasına qadağa qoyması NATO aviasiyasının ard-arda yanlış hədəfləri bombalaması və onlarla pakistanlı hərbçinin ölməsilə bağlıdır. Pakistan buna görə rəsmən üzr istənilməsini tələb edir.
Comment