"IslamTimes" Fransa KİV-nə istinadən xəbər verir ki, Fələstinin UNESCO-da ilk dəfə bayrağının dalğalanması mərasimində iştirak etmək üçün Fransa yollanmış Mahmud Abbas Sarkozi ilə görüşüb.
Fələstin prezidenti Sarkozi ilə 40 dəqiqəlik görüş keçirib. Görüşdən sonra mətbuat konfransında iştirak edən M. Abbas deyib: "Nikola Sarkozi həmişə müstəqil Fələstin dövlətinin yaradılması tərəfdarı olub və bu zəmində heç bir şübhəyə yer yoxdur."
Mahmud Abbasın sözlərindən sonra dünya mətbuatında İsrailin Fransaya necə reaksiyası göstərəcəyi müzakirə edilib.
Mahmud Abbas həmçinin FƏTH və HƏMAS təşkilatları arasında sülhün bərqərarı üçün hər zaman əlindən gələni əsirgəmədiyini bildirib.