QR CodeQR Code

Mahmud Abbas və Sarkozinin 40 dəqiqəlik görüşü

14 Dec 2011 10:38

IslamTimes - Mahmud Abbasın sözlərindən sonra İsrailin Fransaya necə reaksiyası göstərəcəyi KİV-də müzakirə olundu.


"IslamTimes" Fransa KİV-nə istinadən xəbər verir ki, Fələstinin UNESCO-da ilk dəfə bayrağının dalğalanması mərasimində iştirak etmək üçün Fransa yollanmış Mahmud Abbas Sarkozi ilə görüşüb.

Fələstin prezidenti Sarkozi ilə 40 dəqiqəlik görüş keçirib. Görüşdən sonra mətbuat konfransında iştirak edən M. Abbas deyib: "Nikola Sarkozi həmişə müstəqil Fələstin dövlətinin yaradılması tərəfdarı olub və bu zəmində heç bir şübhəyə yer yoxdur."

Mahmud Abbasın sözlərindən sonra dünya mətbuatında İsrailin Fransaya necə reaksiyası göstərəcəyi müzakirə edilib.

Mahmud Abbas həmçinin FƏTH və HƏMAS təşkilatları arasında sülhün bərqərarı üçün hər zaman əlindən gələni əsirgəmədiyini bildirib.


Story Code: 122069

News Link :
https://www.islamtimes.org/az/news/122069/mahmud-abbas-və-sarkozinin-40-dəqiqəlik-görüşü

Islam Times
  https://www.islamtimes.org