0
Wednesday 14 December 2011 - 13:34

Almaniyalılar İrana hərbi müdaxiləyə qarşıdır

Story Code : 122124
Almaniyalılar İrana hərbi müdaxiləyə qarşıdır
Almaniyalılar İrana hərbi müdaxiləyə qarşıdır
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Almaniyada "Fursa sosial tədqiqat və statistika institutu"nun telefon vasitəsi ilə keçirdiyi sorğuda iştirak edənlərin 82 %-i İrana qarşı hərbi müdaxiləni pislədiyini bildirib.

Sorğuda iştirak edənlərin təkcə 10 %-i hərbi müdaxilənin münasib addım olduğunu bildirib. 8 % isə uyğun sualla bağlı hər hansı bir fikir bildirməyib.

Bu sorğuda 1500 almaniyalıdan İsrail İranın nüvə təsisatlarına hücum edərsə Almaniyanın hərbi müdaxiləsinə dəstək verib-verməyəcəyi soruşulub.

Almaniyanın xarici işlər naziri Gido Vestervelle ötən ay İrana hücumun acı sonluğu ilə bağlı dünyaya xəbərdarlıq edib. O bu addımın nəinki İranı zəiflətməyəcəyini, hətta bu ölkəni daha da gücləndirəcəyini bildirib.

Xatırladaq ki, ABŞ və müttəfiqləri İrana nüvə silahı düzəltmək ittihamı ilə sanksiyalar tətbiq edir. İran isə bir neçə dəfə BMT-yə təqdim etdiyi sənədlər və nüvə stansiyalarına quraşdırdığı kameralar vasitəsilə sübuta yetirib ki, nüvə enerjisindən sülh məqsədlərdə istifadə etmək niyyətindədir.
Comment