0
Thursday 15 December 2011 - 12:06

“İranla müharibənin fəsadları ABŞ və bütün dünya üçün fəlakətli ola bilər”

Story Code : 122450
İran
İran
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, məşhur politoloq Zbiqnev Bjezinski bəyan edib ki, İranla mümkün müharibənin fəsadları ABŞ və bütün dünya üçün fəlakətli ola bilər. Z.Bjezinski bu bəyanatını Atlantik Şura - Vaşinqton Politoloji Mərkəzinin iclasında səsləndirib.

Onun sözlərinə görə, ABŞ Tehranı beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə məcbur etməklə öz imkanlarını məhdudlaşdırır: “Bizim cəmiyyətdə qorxu, nəzakətsizlik, demaqoqluq mövcuddur ki, bu da ağıllı siyasət yürütməyə iflicedici təsir göstərir”.
Source : AzadXeber
Comment