QR CodeQR Code

Türkiyə Fransadakı səfirini geri çağıra bilər

16 Dec 2011 08:58

IslamTimes - Fransanın Milli Yığıncağı (parlamentin Aşağı Palatası) dekabrın 22-də 1915-1916-cı illərdə qondarma “erməni soyqırımı”nı inkara görə cəza haqqında qanun qəbul edərsə, Türkiyə Parisdəki səfirliyini geri çağıracağı ilə hədələyir.


Bu barədə Trend “RİA Novosti”yə istinadən məlumat verir. 

Milli Yığıncaq “soyqırım”ı inkara görə 1 il həbs və 45 min avro həcmində cəriməni nəzərdə tutan qanun layihəsi üzrə səsvermə keçirəcək.

“Fransanın Milli Yığıncağındakı səsvermədən asılı olaraq, dekabrın 22-dən səfirimizin məşvərətlər üçün qeyri-müəyyən müddətə geri çağrılmasından başlayaraq ikitərəfli əlaqələrin bütün sahələrində düzəlməyəcək nəticələr olacaq”, - səfirliyin mətbuat katibi Engin Salakoğlu deyib.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma “erməni soyqırımı”nı tanıyıblar.


Story Code: 122665

News Link :
https://www.islamtimes.org/az/news/122665/türkiyə-fransadakı-səfirini-geri-çağıra-bilər

Islam Times
  https://www.islamtimes.org