QR CodeQR Code

ABŞ-a qəti olaraq yox deyilmir

HaqqYolu , 16 Dec 2011 23:17

IslamTimes - ABŞ Azərbaycanda hərbi baza yaratmağa çalışır. Bunun üçün artıq bir müddətdir ki, intensiv danışıqlar aparılır. Amma danışıqların hələ ki, bir nəticəsi yoxdur.


Çünki Azərbaycan tərəfi Vaşinqtonun bu istəyinə heç də isti baxmır. Amma buna baxmayararaq danışıqlar qapısını da bağlamır.
Bu barədə PİA.AZ-ı məlumatlanıdran mənbənin sözlərinə görə rəsmi Bakı yaxşı anlayır ki, ABŞ-ın burda yaratmaq istədiyi hərbi baza bölgədəki balansı tamamilə pozacaq və Azərbaycanın iki önəmli qonşusu ilə, Rusiya və İranla münasibətləri düşmən səviyyəyə gəlib çatacaq. Elə buna görə də rəsmi Bakı bu məsələyə ehtiyatla yanaşır, amma prinsip olaraq ABŞ-a qəti olaraq yox deyilmir.
Mənbə bildirir ki, Azərbaycan danışıqlar prossesində ilkin şərt olaraq ABŞ-ın qarşısına üç şərt qoyub. Birinci, ABŞ Qarabağ münaqişəsinin həlli yolunda beynəlxalq hüquqdan irəli gələn tələbləri yerinə gətirəcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. İkinci, rəsmi Vaşinqton öncə bu məsələni Moskva ilə çözəcək. Və nəhayət, üçüncü şərt, ərəb baharının Azərbaycana gəlişi üçün «beynəlxalq şərtlər yaradılmayacaq».


Story Code: 122791

News Link :
https://www.islamtimes.org/az/news/122791/abş-a-qəti-olaraq-yox-deyilmir

Islam Times
  https://www.islamtimes.org