0
Friday 16 December 2011 - 23:38

Putindən şok açıqlama

Story Code : 122795
Putindən şok açıqlama
Putindən şok açıqlama
Rusiyanın baş naziri Vladimir Putin Liviyanın keçmiş prezidenti Müammər Qəddafinin ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

"Ria Novosti" agentliyinin xəbərinə görə, dünən canlı yayında vətəndaşların suallarını cavablandıran Putin Qəddafinin Liviyada üsyançılar deyil, ABŞ qüvvələri tərəfindən öldürüldüyünü deyib: "Bu işi kim gördü? Amerikanın pilotsuz təyyarələri onun karvanına hücum etdi. Xüsusi təyinatlı dəstələri oraya çağırdılar. Liviyalı inqilabçılar və ya müxaliflər deyilən şəxsləri də oraya gətirdilər və Qəddafini mühakimə etmədən, istintaq aparmadan öldürdülər".

Source : XəzərXəbər
Comment