QR CodeQR Code

“MƏGƏR İSRAIL REJIMI NÜVƏ SILAHINA MALIK DEYILMI?”

Dəyərlər AİN , 28 Sep 2009 22:10

ABŞ-a səfəri davam edən Türkiyənin Baş naziri R.T.Ərdoğan “Plaza” mehmanxanasında mətbuat konfransı keçirib.


Mətbuat konfransında Yaxın Şərq məsələsi ilə bağlı sualları cavablandıran Ərdoğan İranın nüvə silahına sahib olması məsələsinə də toxunub.

“İran prezidenti M.Əhmədi Necadın verdiyi açıqlamalardan belə məlum olur ki, İranın məqsədi sülh məqsədləri üçün uranın zənginləşdirilməsindən ibarətdir. Biz Yaxın Şərq regionunda nüvə silahının əleyhinəyik. Bunu istəmirik. Yaxın Şərqdə nüvə silahın malik olan başqa bir ölkə yoxdurmu? Məgər İsrail rejimi nüvə silahına malik deyilmi? İsrail rejimi də nüvə silahına sahibdir. Ancaq bu məsələ müzakirə edilmir. 

İsrail rejimi Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü deyildir. İran isə bu qurumun üzvüdür. Ancaq heç kim bu məsələyə toxunmur. Qəzza müharibəsi zamanı fosfor bombalarından istifadə edildi. Fosfor bombası kütləvi qırğın silahıdır. Bunun nəticəsində Qəzzada 1400 fələstinli qadın və uşaq öldü, 5000-dən çox insan yaralandı. Heç kim bu həqiqətləri işıqlandırmır. Nə üçün bu məsələ gündəmə gətirilmir? Bütün ölkələr ancaq İran məsələsindən danışır” – deyə R.T.Ərdoğan bildirib.


Story Code: 12305

News Link :
https://www.islamtimes.org/az/news/12305/məgər-israil-rejimi-nüvə-silahina-malik-deyilmi

Islam Times
  https://www.islamtimes.org