QR CodeQR Code

Məhbusların Ağası İmam museyi Kazım (ə)

islamtimes , 17 Dec 2011 23:47

İslamtimes - Zindanlara dustağ olan,
Qəm əhlinə ortağ olan, Sınmaz əyilməz dağ olan


İmam Museyi Kazım

Zindanlara dustağ olan
Qəm əhlinə ortağ olan
Sınmaz əyilməz dağ olan
İmam Museyi Kazım





Məzlumlara həmdəm idin
Dərdlərinə məlhəm idin
Sən ayrı bir aləm idin
İmam Museyi Kazım


Peyğəmbərin gül nəfəsi behişti əla çiçəyi
Fatimənin görən gözü əlinin vuran ürəyi
Ey Həsənin susan dili Hüseynin arax dirəyi
Sənsən həmin o növcavan İmam Museyi Kazım


Zindanlara dustağ olan
Qəm əhlinə ortağ olan
Sınmaz əyilməz dağ olan
İmam Museyi Kazım


Məzlumlara həmdəm idin
Dərdlərinə məlhəm idin
Sən ayrı bir aləm idin
İmam Museyi Kazım


Düşmənlərin hiylə qurur bir həyat qadının öyrədir
Oda səni azdırmaq üçün yanına zindanə gedir
Birdə görürlər o qadın namaz qılır səcdə edir
Qalırlar heyrətdə o an İmam Museyi Kazım


Zindanlara dustağ olan
Qəm əhlinə ortağ olan
Sınmaz əyilməz dağ olan
İmam Museyi Kazım


Məzlumlara həmdəm idin
Dərdlərinə məlhəm idin
Sən ayrı bir aləm idin
İmam Museyi Kazım


Qadın qutarır namazın dua edib deyir yaradan
Birdə günah edəcəksə al bu canı vermə aman
İstəyir amin deyəsən deyirsən amin həmin an
Dəyişir dünyasını zənan İmam Museyi Kazım

Zindanlara dustağ olan
Qəm əhlinə ortağ olan
Sınmaz əyilməz dağ olan
İmam Museyi Kazım


Məzlumlara həmdəm idin
Dərdlərinə məlhəm idin
Sən ayrı bir aləm idin
İmam Museyi Kazım

Babul havaicdir adın istəklərin ünvanısan
Dərdlilərin, mərizlərin, dəvasısan dərmanısan
Allahın sadiq qulusan seçilmış bir insansan
Səni bəyənibdir Yaradan İmam Museyi Kazım


Zindanlara dustağ olan
Qəm əhlinə ortağ olan
Sınmaz əyilməz dağ olan
İmam Museyi Kazım


Məzlumlara həmdəm idin
Dərdlərinə məlhəm idin
Sən ayrı bir aləm idin
İmam Museyi Kazım


İslamtimes - Rza Azeri


Story Code: 123099

News Link :
https://www.islamtimes.org/az/news/123099/məhbusların-ağası-imam-museyi-kazım-ə

Islam Times
  https://www.islamtimes.org