0
Sunday 18 December 2011 - 15:27

Türkiyə Fransadakı səfirini geri çağıra bilər

Story Code : 123251
Türkiyə - Fransa
Türkiyə - Fransa
Fransanın “erməni soyqırımı” qərarını qəbul etməyə çalışması AB-nin Suriya mövzusunda Türkiyəyə təzyiq göstərmək səyləri kimi qiymətləndirilir.

Fransa parlamentinin “erməni iddiaları”nın rədd edilməsini cinayət sayan qanunu qəbul edəcəyi təqdirdə Türkiyə etiraz olaraq, Parisdəki səfiri Tahsin Burcuoğlunu Ankaraya geri çağıracaq. Türkiyənin Fransadakı səfirliyinin attaşesi Engin Solakoğlu AA-ya verdiyi açıqlamada qanun layihəsinin qəbul edilməsinin türk-fransız əlaqələrində bərpası mümkünsüz yaralara yol açacağını deyərək, Parisdəki türk səfiri Tahsin Burcuoğlunun müşavirə üçün qeyri-müəyyən müddətə Ankaraya çağırılacağını bildirdi.
Source : Deyerler
Comment