QR CodeQR Code

Filippində təbii fəlakət qurbanlarının sayı 520-ni keçib

19 Dec 2011 06:45

IslamTimes - Filippində "Vaşi" tropik qasırğasının səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı durmadan artır.


Filippin Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, ölənlərin sayı 521 nəfərə çatıb.

Onların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. 498 nəfər itkin hesab edildiyindən, ölənlərin sayının daha da artacağı istisna edilmir. Yerli mənbələr ölənlərdən 239-nun məhz itkin düşmüş yaxınlarını axtararkən təbii fəlakətə qurban getdiyini bildirir.

Ən çox ziyan Kaqayan de Oro şəhərinə dəyib. Burada 500 mindən çox adam içməli susuz qalıb. /anspress/


Story Code: 123432

News Link :
https://www.islamtimes.org/az/news/123432/filippində-təbii-fəlakət-qurbanlarının-sayı-520-ni-keçib

Islam Times
  https://www.islamtimes.org