QR CodeQR Code

Türkiyə Sarkozini hədələdi

HaqqYolu , 20 Dec 2011 10:38

IslamTimes - «Erməni soyqırımı»nı inkar etməyə görə cəza təyin edən qanunun qəbul olunacağı təqdirdə, Türkiyə fransız şirkətlərini hərbi layihələrdən kənarlaşdıracaq


Fransa parlamenti dekabrın 22-də keçirilən iclasında «erməni soyqırımı»nı inkar edənlərə həbs və cərimə cəzasını təyin edən qanunu qəbul edərsə, Türkiyə hərbi sahədə həyata keçirdiyi layihələrdən fransız şirkətlərini kənarlaşdıracaq. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, rəsmi Ankara Fransaya ilk cavabını hərbi layihələrdə verməyi planlaşdırır.

Məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Katibliyinin açdığı və ümumi məbləği 4 milyard ABŞ dollar olan uzaq mənzilli hava müdafiə sistemi (T-LORAMIDS) tenderinə fransız firmalarının birbaşa və ya ortaq qatılımına icazə verilməyəcək. Qeyd edək ki, hazırda bu tenderdə ABŞ, Çin və Rusiya ilə yanaşı İtaliya-Fransa ortaqlığı olan MBDA şirkəti də yarışır. Çin və Rusiya sistemlərinin NATO sistemlərinə inteqrasiya oluna bilməyəcəyi söylənilir. Belə olan təqdirdə, MBDA fransız ortaqlığı səbəbindən tenderdən kənarda qalacaq.

Bundan başqa, Almaniya-Fransa birgə müəssisəsi olan «Eurocopter» firması «Tiger» helikopter modelini Türkiyə Əmniyyət Baş İdarəsinin tenderinə təqdim etmək niyyətində olduğunu açıqlayıb. Qanunun parlamentdə qəbulu baş tutarsa, «Eurocopter»də Türkiyə bazarını itirmiş olacaq.

Qeyd edək ki, «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin gündəliyinə 2006-cı ildə çıxarılan zaman Ankara analoji qərar qəbul edib. O zaman bu qərara görə Fransa Türkiyədəki müdafiə sənayesi ofisini də bağlamaq məcburiyyətində qalıb.


Story Code: 123722

News Link :
https://www.islamtimes.org/az/news/123722/türkiyə-sarkozini-hədələdi

Islam Times
  https://www.islamtimes.org