0
Tuesday 20 December 2011 - 21:44

ABŞ xalqının etirazı aksiyası vəhşicəsinə dağıdılır

Story Code : 123881
ABŞ xalqının etirazı aksiyası vəhşicəsinə dağıdılır
ABŞ xalqının etirazı aksiyası vəhşicəsinə dağıdılır
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis bildirib Ağ Evin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən qrupun 11 nəfəri saxlanılıb. Nümayişçilərə qarşı polis dəyənəklər və göz yaşardıcı qazdan istifadə edir. 

Etirazçılar hərbi xərclər haqqında yeni qanunun qəbul olunmasına etirazını bildirmək niyyətində olublar. Bu qanun ABŞ dövlətinə terror ittihamı ilə istədiyi şəxsləri qeyri müəyyən müddətə həbs etməyə imkan verir.

Xatırladaq ki, “Uoll-striti zəbt et” hərəkatı Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı başlanılıb. Ümumilikdə ölkə üzrə keçirilən aksiyalarda bir neçə yüz nəfər həbs edilib. Aksiyalar Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilib.
Comment