QR CodeQR Code

Seyyid Həsən Nəsrullah: Region üçün birinci təhlükə İsrail rejiminin mövcudiyyətidir

islamtimes , 21 Dec 2011 00:05

İslamtimes - Region xalqları üçün ikinci təhlükə isə Amerikanın Yeni Orta Şərq planıdır.


islamtimes.org/az/ - Livanın "Hizbullah" təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah “Əl-Mənar” televiziyasına açıqlamasında bildirib ki, region üçün birinci təhlükə İsrail rejiminin mövcudiyyətidir. “Bu məsələ bütün region xalqları üçün real təhlükədir.

Region xalqları üçün ikinci təhlükə isə Amerikanın Yeni Orta Şərq planıdır. Bu proje bütün region xalqlarını hədəfə alıb”, - deyə Seyyid Həsən Nəsrullah qeyd edib.
ABŞ-ın bir artıq etimadını itirən Yeni Orta Şərq planının dirçəlməsi üçün çalışdığını vurğulayan baş katib, qeyd edib ki, məhz buna görə də ABŞ Yaxın Şərqi təhlükələrlə üz-üzə qoyur. “Çünki bu plan regionun strukturunu dəyişdirmək, onu etnik və sektalar şəklində parçalamaq məqsədinə əsaslanır. Bu da İsrail rejiminin regionda qüdrətli bir iqtidar olması üçün hesablanıb. Belə bir təhlükə isə, təkcə müsəlmanları deyil, həmçinin xristianları, ümumiyyətlə bütün xalqları təhlükə altına atır”.


Story Code: 123916

News Link :
https://www.islamtimes.org/az/news/123916/seyyid-həsən-nəsrullah-region-üçün-birinci-təhlükə-israil-rejiminin-mövcudiyyətidir

Islam Times
  https://www.islamtimes.org