0
Wednesday 21 December 2011 - 07:50

İran MAQATE inspektorlarını ölkəyə dəvət edib

Story Code : 123959
İran MAQATE inspektorlarını ölkəyə dəvət edib
İran MAQATE inspektorlarını ölkəyə dəvət edib
APA-nın verdiyi xəbərə görə, bu barədə İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltaniyə deyib.

O bildirib ki, bu barədə rəsmi məktub MAQATE-nin rəhbəri Yukiya Amanoya çatdırılıb.

İran MAQATE-nin inspektorlarını bu təşkilatın İranın nüvə proqramı ilə bağlı dərc etdiyi hesabatdan sonra ilk dəfə ölkəyə dəvət edib.

Xatırladaq ki, MAQATE-nin gülünc hesabatında deyilib ki, İran 2003-cü ilə qədər nüvə silahının istehsalı üzərində işləyib və ehtimal olunur ki, bu istiqamətdə işlər hələdə davam etdirilir.

MAQATE-nin İranın nüvə təhlükəsinə dair hesabatını Tehran qərəzli və siyasi məna daşıdığını bildirib. Dünyanın əksər ölkələri də MAQATE hesabatının sifarişli olduğunu açıqlayıb.
Comment