QR CodeQR Code

İran MAQATE inspektorlarını ölkəyə dəvət edib

21 Dec 2011 07:50

IslamTimes - İran hökuməti Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) inspektorlarını “bir neçə məsələni həll etmək” üçün öz ərazisinə dəvət edib.


APA-nın verdiyi xəbərə görə, bu barədə İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltaniyə deyib.

O bildirib ki, bu barədə rəsmi məktub MAQATE-nin rəhbəri Yukiya Amanoya çatdırılıb.

İran MAQATE-nin inspektorlarını bu təşkilatın İranın nüvə proqramı ilə bağlı dərc etdiyi hesabatdan sonra ilk dəfə ölkəyə dəvət edib.

Xatırladaq ki, MAQATE-nin gülünc hesabatında deyilib ki, İran 2003-cü ilə qədər nüvə silahının istehsalı üzərində işləyib və ehtimal olunur ki, bu istiqamətdə işlər hələdə davam etdirilir.

MAQATE-nin İranın nüvə təhlükəsinə dair hesabatını Tehran qərəzli və siyasi məna daşıdığını bildirib. Dünyanın əksər ölkələri də MAQATE hesabatının sifarişli olduğunu açıqlayıb.


Story Code: 123959

News Link :
https://www.islamtimes.org/az/news/123959/iran-maqate-inspektorlarını-ölkəyə-dəvət-edib

Islam Times
  https://www.islamtimes.org