QR CodeQR Code

ABŞ Belarusa qarşı sanksiyaları sərtləşdirib

Deyerler , 21 Dec 2011 10:15

IslamTimes - ABŞ-ın Konqresinin nümayəndələr palatası Belarusa qarşı sanksiyaların sərtləşdirilməsini və siyasi məhbus olunan məhkumların azadlığa buraxılmasına çağırış nəzərdə tutan 2011-ci ildə demokratiya və insan haqqları haqqında qanunu qəbul edib.


RİA ''Novosti''nin verdiyi xəbərə görə, yeni paket viza məhdudiyyəti və maliyyə sanksiyalarının şamil olunacağı Belarus məmurlarının və güc qurumlarının nümayəndələrinin siyahısını genişləndirir.

Bildirək ki, ötən həftə qanun layihəsi ABŞ senatında qəbul olunub. Siyasi məhbus hesab olunan şəxslər azadlığa buraxılmayanacan sanksiyalrın ləğv edilməyəcəyi bildirilir.


Story Code: 123993

News Link :
https://www.islamtimes.org/az/news/123993/abş-belarusa-qarşı-sanksiyaları-sərtləşdirib

Islam Times
  https://www.islamtimes.org