QR CodeQR Code

"İsrail" İranın "F35" qırıcı sistemini ələ keçirəcəyindən nigarandır

IRIB , 21 Dec 2011 13:33

Islamtimes - ABŞ-ın modern casusluq təyyarəsinin İran tərəfindən ələ keçirilməsindən sonra sionist dairələr nigarandırlar ki, İran bu təyyarənin sistemi vasitəsi ilə Amerikanın F35 qırıcı təyyarələrinin texnologiyasını da əldə edə bilər.


Fars İnformasiya Agentliyinin məlumatına görə, sionist İsrail rejiminin hərbi və təhlükəsizlik dairələrində güclü bir nigaranlıq yaranıb. Səbəbi isə ABŞ-ın "RQ-170" modern casusluq təyyarəsinin İranın hərbi qüvvələri tərəfindən ələ keçirilməsidir.

Yadiut-Aharnut qəzeti bir neçə müddət öncə bildirib ki, Tehran Amerika təyyarəsinin sirlərini açmaq üçün geniş səyi həyata keçirir. Bu təyyarə modern texnologiyaya malikdir ki, onu radarlara düşməyə qoymur və onun texnologiyası Lakhid Martin şirkətinin düzəltməklə məşğul olduğu modern F35 qırıcısında istifadə olunan texnologiyaya oxşardır. F35 qırıcısı İsrail rejiminin hava qüvvələri qüdrət motorudur.


Story Code: 124048

News Link :
https://www.islamtimes.org/az/news/124048/israil-iranın-f35-qırıcı-sistemini-ələ-keçirəcəyindən-nigarandır

Islam Times
  https://www.islamtimes.org