QR CodeQR Code

ABŞ konqresi Ermənistana 40 milyon dollar ayırıb

21 Dec 2011 15:27

IslamTimes - ABŞ Konqresi 2012-ci maliyyə ilində xarici yardımlar paketini təsdiqləyib


“Armenia today” saytının verdiyi məlumata görə, Nümayəndələr Palatası və Senat Ermənistana 40 milyon dollar ayrılmasını, Dağlıq Qarabağ ermənilərinə yardımın əvvəlki qaydada saxlanılmasını qərarlaşdırıb və Azərbaycanla Ermənistana ayrılacaq hərbi yardımın miqdarında paritet prinsipinin qorunmasına çağırıb. Azərbaycana 16,6 milyon, Gürcüstana isə 66 milyon dollar ayrılıb.

Xarici yardımlar haqqında qanun layihəsinə əlavə olunan hesabatda Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşmə və beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə veriləcək yardımlarda paritetin qorunmasının vacibliyi vurğulanır. Prezident Obama isə xarici hərbi yardım məqsədilə hər iki ölkəyə 3 milyon dollar ayrılmasını istəsə də, beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə Azərbaycana Ermənistandan 2 dəfə artıq (900 min dollar) ayrılmasını tələb edib.


Story Code: 124089

News Link :
https://www.islamtimes.org/az/news/124089/abş-konqresi-ermənistana-40-milyon-dollar-ayırıb

Islam Times
  https://www.islamtimes.org