QR CodeQR Code

Bu gün Ərdoğan Fransaya qarşı sanksiyaları açıqlayacaq

22 Dec 2011 08:21

IslamTimes - Fransa «erməni soyqırımı»nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Türkiyə Fransaya qarşı mərhələ-mərhələ əks addımlar atacaq. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.


Ərdoğan hansı addımların atılacağını bu gün bəyan edəcəyini bildirib. «Birinci, ikinci və üçüncü mərhələlərdə hansı sanksiyaları tətbiq edə biləcəyimizi bəyan edəcəyəm. Sarkozinin həyata keçirdiyi bu səs almağa hesablanmış məntiqdənkənar addımlar Fransa-Türkiyə əlaqələrinə ciddi zərbə vuracaq. Ümid edirəm ki, Fransa sosial-demokratları bu addımın atılmasına imkan verməzlər və Fransa-Türkiyə əlaqələri əvvəlki kimi davam edər. Əks halda Fransada 500 min erməni varsa, 550 min də türk vətəndaşı var», deyə Ərdoğan vurğulayıb.


Story Code: 124252

News Link :
https://www.islamtimes.org/az/news/124252/bu-gün-ərdoğan-fransaya-qarşı-sanksiyaları-açıqlayacaq

Islam Times
  https://www.islamtimes.org