0
Wednesday 30 September 2009 - 21:38

İSRAIL ORDUSU GÜCLÜDÜR YOXSA LIVAN HIZBULLAHI?

Story Code : 12433
İSRAIL ORDUSU GÜCLÜDÜR YOXSA LIVAN HIZBULLAHI?
İsrail ordusunun Qərargah rəisi Qabi Aşkenazinin rəyi də nəzərə alınaraq İsrail ordusunun polkovniki Robi Sandman bu barədə geniş məqalə dərc edib.

İsrailin Yerusalim Post qəzetinin məlumatına görə "Ərəblər yeni müharibəyə necə hazırlanır?" adlı məqalə araşdırmasında 2006-cı ildəki iyul döyüşündə Hizbullahın İsrailə nisbətən daha güclü göstərilib.

Məsələn kəşfiyyat sahəsində Hizbullaha 7 bal, İsrail ordusuna isə 6 bal verilib.

Əsgərlərdə döyüşə sövq və hərbi təlim məsələsində Hizbullaha 8, İsrail ordusuna isə 7 bal təyin edilib.

Taktika baxımından isə 24 İsrailli zabit Hizbullaha 8, İsrail ordusuna isə 6 bal veriblər.

Döyüş zamanı qalibiyyət arzusuna çatmaq üçün səylərinə Hizbullaha 8 bal, İsrail ordusuna isə 4 bal verilib.

Hərbi doktrina və strategiya məsələsində isə Hizbullah 9 bala, İsrail ordusu isə 5 bala layiq görülüb.

Təkcə texnologiya baxımından İsrailə 8 bal, Hizbullaha isə 5 bal verən İsrail ordusunun 24 zabiti bu sahədə İsrailin Hizbullahdan üstün olduğunu göstəriblər.

Manqa şəkilində 4-5 nəfərdən ibarət dəstə baxımından Hizbullah müqayisə olunmaz dərəcədə olduğunu bildirən məqaləni yazan Sandman İsrail ordusuna kiçik dəstələr yaradılmasını təklif edib.

Yazısının sonunda isə yeni döyüş zamanı ABŞ-ın İsrailə həmişəki kimi kömək etməyəcəyini bildirən İsrailli polkovnik İsrail ordusundakı böhranı aradan aparılması üçün ABŞ və İsrailin hərbi təlimlər keçirməsini vacib sayıb.
Source : İslam-Azeri.az
Comment