QR CodeQR Code

ABŞ-dan "soyqırımı" qanununa ikibaşlı şərh

Deyerler , 23 Dec 2011 13:00

IslamTimes - ABŞ Dövlət Departamentinin sözçüsü Mark Töner Fransa parlamentində qəbul edilən ''erməni genosidi"ni inkara görə cəza verilməsi qanunu ilə əlaqədar Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşmasını dəstəkləməyə davam etdiklərini söyləyib.


Töner ənənəvi brifingində bir jurnalistin Fransa Senatında qəbul edilən məlum qərar barədə sualına cavab verərkən deyib ki, 1915 bu mövzuda daha əvvəl fikir bildiriblər və o rəy dəyişməyib: "Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşmasını dəstəkləməyə davam edirik'.

Yüksək ranqlı bir amerikalı diplomat isə ABŞ-ın iki yaxın müttəfiqi - Türkiyə ilə Fransa arasındakı gərginliyin tezliklə səngiməsinə ümid etdiyini bildirib.

Amerikalı diplomat deyib: ''Türkiyə ilə Fransanın yaxşı əlaqələr içində olmasını diləyirik və aralarındakı münaqişənin həll olunacağınıa ümid edirik'.


Story Code: 124544

News Link :
https://www.islamtimes.org/az/news/124544/abş-dan-soyqırımı-qanununa-ikibaşlı-şərh

Islam Times
  https://www.islamtimes.org