QR CodeQR Code

İran Suriyadakı terroru pislədi

Azeri.İrib , 24 Dec 2011 16:18

IslamTimes - İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü Suriya paytaxtı Dəməşqdə baş vermiş onlarla vətəndaşın həlakına səbəb olan dəhşətli terror partlayışlarını pisləyib.


İRNA-nın məlumatına əsasən, Ramin Mehmanpərəst son Dəməşq hadisələri barədə deyib: Şübhəsiz, Suriyanın milli təhlükəsizliyini təhdid edən hadisələr təkcə Suriya xalqının deyil, əslində bütün regionu təhlükə altına salırlar.

İran XİN rəsmisi Suriyada baş vermiş bu bədbəxt hadisədə həlak olub yaralananların ailəsinə baş sağlığı verib və onların dərdinə şərik olduğunu deyib.

Suriya daxili işlər nazirliyi dünən Dəməşqdə baş vermiş hadisələrdə ölənlərinin sayının 44, yaralananların isə 166 nəfər olduğunu elan edib. Amma bundan əvvəl xəbər qaynaqları ölənlərin sayının 60, yaralılarınsa 200 nəfər olduğunu bildirmişdi.


Story Code: 124821

News Link :
https://www.islamtimes.org/az/news/124821/iran-suriyadakı-terroru-pislədi

Islam Times
  https://www.islamtimes.org