0
Sunday 25 December 2011 - 06:51

İran hərbi gücünü bütün dünyaya göstərir

Story Code : 124971
İran hərbi gücünü bütün dünyaya göstərir
İran hərbi gücünü bütün dünyaya göstərir
Dekabrın 24-də İranın Hərbi-Dəniz Qüvvələri Hörmüz boğazının şərqindən Oman və Ədən körfəzlərinə qədər olan 2 min kilometrlik bir sahədə on günlük “Velayət-90” adlı geniş miqyaslı hərbi manevrə başlayıb. APA-nın məlumatına görə, bu barədə ölkənin ərəbcə yayımlanan “əl-Aləm” televiziyası məlumat yayıb. Xəbər ABŞ-ın Bəsrə körfəzindəki hərbi qüvvələri tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, ötən gün İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Həbibullah Səyyari sualtı dəniz müharibəsi taktikalarının sınaqdan keçiriləcəyi təlimlərdə müasir raket sistemləri, torpedalar və pilotsuz təyyarələrdən istifadə olunacağını da söyləyib. Təlim İranın Hərbi-Dəniz Qüvvələrinin gücünü nümayiş etdirmək məqsədi daşıyır.
Comment