QR CodeQR Code

“Azadlığ”a gecə köynəyi payı!

HaqqYolu , 26 Dec 2011 07:12

IslamTimes - Ötən gün paytaxtın 4-cü mikrorayon ərazisində yerləşən “Qızıl” Tac restoranında “Azadlıq” qəzetinin 22 illik ad günü keçirilir...


“Qafqazinfo” xəbər verir ki, hazırda ad günü keçirilən zalda şok anlar yaşanır. Belə ki, məclis başlayan kimi restoranın işıqları söndürülüb və restoran rəhbərliyi qonaqlardan zalı tərk etməyi tələb edib. O deyib ki, bunu da ondan tələb edirlər və qəzet rəhbərliyindən ona problem yaratmamağı xahiş edib. İşıqların söndürülməsinə baxmayaraq, ad günü dəvətliləri zalı tərk etməyiblər və tədbiri qaranlıqda davam etdirirlər.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid çıxış edərək bildirib ki, o bunu qəzetə qarşı vəhşi hərəkət kimi qiymətləndirir. O, restoranın pulunun əvvəlcədən ödənildiyini, bunun ciddi qanun pozuntusu olduğunu deyib və məsələylə bağlı məhkəməyə müraciət edəcəklərini vurğulayıb.
AXCP sədri Əli Kərimli isə sadəcə ad günü qeyd etdiklərini qeyd edib.
Tədbirə ölkənin bir sıra siyasətçiləri və jurnalistləri qatılıb.
Tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu baş vermiş hadisəni pisləyiblər.


Story Code: 125190

News Link :
https://www.islamtimes.org/az/news/125190/azadlığ-a-gecə-köynəyi-payı

Islam Times
  https://www.islamtimes.org