QR CodeQR Code

İraq: “Suriyaya qarşı zərbə vuracaq heç bir layihədə yoxuq”

Deyerler , 26 Dec 2011 10:20

IslamTimes - İraq administrasiyası Suriya iqtisadiyyatın zərər görəcəyini nəzərə alaraq, iordaniyalı ağır yük maşınlarının Suriya yerinə İraq ərazilərindən Türkiyəyə keçməsinə icazə verməyib.


İraq hökuməti müşavirlərindən Salam Qureyşi bunun Suriyaya zərər verəcəyini, Suriya xalqının bundan əziyyət çəkəcəyini bildirib.

İordaniya xəbər agentliyi “Petra”nın məlumatına görə, Qureyşi Suriyanın hazırkı çətin vaxtlarında ona zərbə vuracaq heç bir layihənin içində yer almaq istəmədiklərini də bildirib. Ötən ay İraq hökumətinə müraciət edən İordaniya Suriyada yaşanan qeyri-sabitliyə görə onlara məxsus ağır yük maşınları üçün bir dəhlizin açılmasını istəmişdi. İraq hökuməti isə bu istəyi rədd edib.


Story Code: 125198

News Link :
https://www.islamtimes.org/az/news/125198/iraq-suriyaya-qarşı-zərbə-vuracaq-heç-bir-layihədə-yoxuq

Islam Times
  https://www.islamtimes.org