0
Monday 26 December 2011 - 13:53

HHQ Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI!

Story Code : 125242
HHQ Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI!
HHQ Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ölkədə İslama və islamçılara qarşı haqsızlıq və repressiyaların dərhal dayandırılmasını və bütün haqsız həbs olunmuş İslam alimlərinin, inanclı və mübariz gənclərimizin dərhal azadlığa buraxılmasını tələb edir!


Rəhman və Rəhim Allahın adı ilə!

"Ey iman gətirənlər! ...Sizə: "Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!” ( Mücadilə surəsi? 11)

İslam və islamçılara qarşı hazırkı iqtidar tərəfindən başlanmış repressiyanın davamında bu gün iqtidar növbəti haqsızlığını bütün dünyaya nümayiş etdirdi. İslamda ən zəruri məsələlərdən və önəmli mövzulardan sayılan örpək, baş örtüyü, başqa sözlə, namus-qeyrət simvoluna görə etiraz edən mübariz, şücaətli, təqvalı və vəzifəsini düzgün dərk edən Höccətül-islam hacı Taleh Bağırova və mübariz qardaşımız Elşən Abbasova sifarişli hökm oxundu.

Əgər diqqət etsəniz, əvvəlki mübariz alimlər və möminlərə də haqsız hökmlərin elanını mübarək Cümə gününə salmışdılar. Bunun səbəbi müsəlman xalqımıza ikitərəfli mənəvi zərbə vurmaqdır. Birinci zərbə, müsəlman ölkəmizdə İslam və müqəddəs Quranımızın hökmlərini canlarından əziz tutanlara zərbə vurub onları həbs və zindanlarla qorxutmaq, digər zərbə isə sionist sifarişi əsasında İslamda ən mübarək gün kimi tanınan Cümə günününə həqarətdir. Əlbəttə, hər iki halda onların cavabları yalnız bu ayədir: “Halbuki şərəf-şan da, (qüvvət, izzət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Munafiqun, 8)

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ölkədə İslama və islamçılara qarşı haqsızlıq və repressiyaların dərhal dayandırılmasını və bütün haqsız həbs olunmuş İslam alimlərinin, inanclı və mübariz gənclərimizin dərhal azadlığa buraxılmasını tələb edir!

Sonda ölkə başçısının son çıxışında, İslama və islamçılara qarşı ölkədə bir ildən çox davam edən bütün bu repressiyalar, haqsızlıqlar, şər və böhtanlar, haqsız təqib və qarayaxmalara baxmayaraq, - “bəzi hallarda İslam dininə qarşı ədalətsiz hücumlarla, islamofobiya meyilləri ilə rastlaşırıq, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı böhtan kampaniyaları aparılır” - kimi ifadəsini heç bir formada başa düşə bilmədik. İslamı müdafiə etməkdən ötrü etiraz edən 40 nəfərə yaxın din alimi və inanclılar islamofobiyaya xidmət edir, yoxsa əllərinə dəyənək alıb bu xalqın imanlı gənclərini polis idarələrinə çəkən özbaşına məmurlar? Başa düşə bilmirik, yüz min şagiridin təhsil almaq istəyirəm fəryadı ölkə başçısına hələ çatmayıbmı?

Bütün bunlardan məlum olur ki, ölkə başçısının, ölkədə gedən proseslərdən və repressiyalardan ya xəbəri yoxdur ya da ki ....

Hər halda Vətənimizin belə acınacaqlı vəziyyətə düşməsini yalnız, ölkənin 20%-dən çoxunu işğal etmiş erməni düşmənlərimiz və onların daxildəki nökərləri istəyirlər!

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bütün bu haqsızlıqları məhkum edir və ölkəmizin daxilindən və xaricindən mənəviyyatımıza zərbə vuranlarla sona qədər mübarizə aparmağa hazır olduğunu elan edir!
Source : ABNA
Comment