QR CodeQR Code

NALBANDYANDAN ŞOK AÇIQLAMA

Protokolların mətnini erməni tərəfi hazırlayıb

Faktxəbər.com , 2 Oct 2009 16:43

Günlərdir dartışılan və siyasi müzakirələrə yol aşan Ermənistanla Türkiyə arasında imzalanacaq protokolların mətnini erməni tərəfi hazırlayıb.


Bu barədə məsələyə dair Ermənistan parlamentində keçirilən dinləmələrdə ölkənin xarici işlər naziri Edvard Nalbandyan deyib. 

Onun sözlərinə görə, türk-erməni dioloqunun təşəbbüskarı da prezident Serj Sarkisiyan olub. Nalbandyan xüsusi qeyd edib ki, rəsmi Ankara münasibətlərin bərpası üçün Yerevan qarşısında heç bir şərt irəli sürməyib və protokolların imzalanması ermənilərin qondarma soyqırım məsələsində tarixi ədalətin bərpası yolunda apardığı mübarizəyə maneçilik törətməyəcək.


Story Code: 12526

News Link :
https://www.islamtimes.org/az/news/12526/nalbandyandan-şok-açiqlama

Islam Times
  https://www.islamtimes.org