0
Friday 2 October 2009 - 23:07

QAZAXISTAN PREZIDENTI AZƏRBAYCANA RƏSMI SƏFƏRƏ GƏLIB

Story Code : 12532
QAZAXISTAN PREZIDENTI AZƏRBAYCANA RƏSMI SƏFƏRƏ GƏLIB
AZADİNFORM xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Qazaxıstanın dövlət başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Milli geyimli uşaqlar prezident Nursultan Nazarbayevə gül dəstəsi təqdim ediblər. Beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda prezident Nursultan Nazarbayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. 

Bu gün Qazaxıstanın dövlət başçısı daha sonra Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Source : AZADİNFORM
Comment