0
Wednesday 28 December 2011 - 15:18

Müqtəda Sədr Tunis prezidentinə təşəkkür edib

Story Code : 125798
Müqtəda Sədr Tunis prezidentinə təşəkkür edib
Müqtəda Sədr Tunis prezidentinə təşəkkür edib
İraqın "Sədr" hərəkatının rəhbəri Hüccətül-İslam vəl-musilin Seyyid Müqtəda Sədr Tunis prezidentinə Bəhreyn inqilabını dəstəklədiyinə görə təşəkkür məktubu göndərib.

Məktubda Tunis prezidentindən Bəhreyn inqilabını dəstəklədiyinə görə səmimi qəlbdən təşəkkür edən Müqtəda Sədr Allahdan Tunis xalqını və prezidentini hifz etməyi istəyib.

Digər ərəb başçılarını da Tunis prezidentinin etdiyi kimi Bəhreyn inqilabını dəstəkləməyə çağıran "Sədr" hərəkatının lideri həmçinin bəzi alimlərin Bəhreyndə baş verənləri məzhəb qarşıdurması kimi qələmə vermələrini tənqid edib.

Məktubun sonunda Müqtəda Sədr baş verən inqilabların nə sünni, nə şiə, nə islami və nə də məsihi olduğunu qeyd edərək deyib ki, bu inqilabların xalq inqilablarıdır və əllərindən alınmış hüquqları qaytarmaq üçün baş vermişdir.

Xatırladaq ki, 2 həftə öncə Tunis prezidenti Tunisin paytaxtında Bəhreyn səfirliyinin önündə Ali Xəlifə rejiminə qarşı keçirilən mitinqdə iştirak etmiş və Bəhreyn inqilabını dəstəklədiyini bəyan etmişdi.
Source : HaqqYolu
Comment