0
Friday 30 December 2011 - 21:29

Qallup: İranlılar ABŞ-a nifrət edir

Story Code : 126334
Qallup: İranlılar ABŞ-a nifrət edir
Qallup: İranlılar ABŞ-a nifrət edir
"IslamTimes" ABŞ-ın dünyaşöhrətli sorğu mərkəzi "Qallup"un son sorğusunun nəticələrindən yazır. Mərkəz bildirir ki, İran əhalisi ABŞ, Britaniya, Avropanın siyasət adamlarını qəbul etmirlər. Sorğudan aydın olub ki, İran xalqı ABŞ-a Britaniyadan daha artıq nifrət edir. Verilən məlumata əsasən, İran xalqının 65 %-i ABŞ siyasətçilərinin, 62% Britaniya siyasətçilərinin yeritdiyi siyasətdən narazıdır. Sosial sorğunun nəticələrinə görə yalnız 9% iranlı bu iki imperialist dövlətin siyasətlərini məqbul sayır. Qallup sorğunu telefonla aparıb. 1300 respondentdən rəy öyrənilib. Sorğunu cavablandıran 15 yaşdan yuxarı iranlılardır. Aydın olub ki, iranlılar Avropa İttifaqına da ümid etmir.

Sorğunun nəticələrinə görə 49% iranlı Avropa İttifaqının siyasətlərini rədd edir, 12 % iranlı bu siyasətləri məqbul sayır. 

"IslamTimes" - Tərcümə şöbəsi
Comment