QR CodeQR Code

İSRAIL İRAQI PARÇALAMAQ ISTƏYIR

İsrailin mənfəətləri üçün, şimali İraqda Kürd dövləti qurulmalıdır.

Faktxeber.com , 5 Oct 2009 00:23

FaktXəbərin verdiyi məlumata görə, İsrailin dövlət rəsmilərindən biri, İranın Orta şərqdə artan nüfuzunun qarşısını almaq və İsrailin mənfəətləri üçün İraqda Kürd dövlətinin yaradılmasını lazım olduğunu söyləyib.


İsrail Baş nazirinin baş məsləhətçisi Yossi Alpher, kürd dilində nəşr olunan "Vətəndaş" jurnalına verdiyi bir müsahibədə, iraqlı Kürdlərin müstəqil olacağı təqdirdə, bu işin İsrailə böyük xeyri olacağınmı bildirib.
 
İsrailin bölgədə tək və köməksiz olduğunu və bu vəziyyətdə ancaq kürdlərin İsrail üçün yaxşı dost ola biləcəyini söyləyən İsrail dövlət rəsmisi, "Mossad" təşkilatının İraqı bölməklə bağlı planlarından danışaraq "Bizim uzun ömürlü planlarımızdan biri, Amerikanın İraqdan geri çəkiləcəyi vaxt, Kürdüstanın İraq hökumətindən müstəqil olmasını təmin etməkdir. Biz bunu Amerika rəhbərliyinə söyləmişik"-deyə bildirib. 

Qeyd edək ki, İsrail baş nazirinin baş məsləhətçisi Yossi Alpher ayrıca, İranın bölgədə artan gücündən narahat olduqlarını söyləyərək "İranın bölgədə gücünün bu cür artımı yalnız İsraili deyil, Səudiyyə Ərəbistanı və bir neçə Ərəb ölkəsini də daha narahat edir" şəklind danışıb.


Story Code: 12655

News Link :
https://www.islamtimes.org/az/news/12655/israil-iraqi-parçalamaq-istəyir

Islam Times
  https://www.islamtimes.org