QR CodeQR Code

İran dünya liderləri ilə danışıqlara hazırdır

31 Dec 2011 22:20

IslamTimes - İran xarici işlər naziri Əli Əkbər Salehi İslam Respublikasının nüvə proqramına dair «altılıq»la danışıqları bərpa etməyə hazır olduqlarını bildirib.


İran xarici işlər naziri Əli Əkbər Salehi İslam Respublikasının nüvə proqramına dair «altılıq»la (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya) danışıqları bərpa etməyə hazır olduqlarını bildirib. Bu barədə Tehran Times qəzeti yazıb.

Salehi bu bəyanatı Çinin xarici işlər nazirinin müavini Çjay Tszyunla söhbətdə səsləndirib. O Tehranın danışıqlarda əsas kimi Moskvanın təklif etdiyi mərhələli plana üstünlük verdiyini bildirib. 

Plan İranın öz nüvə proqramı barədə məlumat verməsinin əvəzində bu ölkəyə qarşı sanksiyaların tədricən yumşaldılmasını nəzərdə tutur. /apa/


Story Code: 126629

News Link :
https://www.islamtimes.org/az/news/126629/iran-dünya-liderləri-ilə-danışıqlara-hazırdır

Islam Times
  https://www.islamtimes.org