0
Sunday 1 January 2012 - 10:00

Bura Azərbaycandır!

Story Code : 126671
Bura Azərbaycandır!
Bura Azərbaycandır!
2011-ci il Azərbaycanın dindar kəsimi üçün yanvarın 2-dən başlnadı. Həmin gün Azərbaycan İslam Partiyasının Baş Məclisində çıxış edən partiya lideri Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pislədi və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırdı.

Belə demək mümkünsə, yanvarın 2-dən başlanan islami il dekabrın 23-də başa çatdı. Həmin gün məhkəmə mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən iki nəfəri azadlıqdan məhrum etdi. İl ərzində daha əvvəl 20 dindar bu aqibəti yaşamışdı.

“Media forum” saytı bildirir ki, 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 22 islamçıya üst-üstə 101 il 6 ay iş kəsilib. Ən ağır cəzanı 2011-ci ilə sərt çıxışla başlayan Mövsüm Səmədov alıb:

Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;
Ruhani Fəramiz Abbasov - 11 il;
Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
ruhani Fəxri İlyasov - 3 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;
ruhani Azər Cəbiyev - 2 il 6 ay;
ruhani İlqar Musayev - 3 il;
hicab məhbusu Toğrul İsgəndərov - 3 il;
hicab məhbusu Məmməd Əsgərov - 3 il;
hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
hicab məhbusu Nurani Məmmədov - 2 il;
hicab məhbusu Rüfət Miriyev - 2 il;
hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;
hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;
hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay;
hicab məhbusu Taleh Ələkbərov - 1 il 6 ay;
hicab məhbusu Çingiz Novruzov - 1 il 6 ay;
hicab məhbusu Taleh Bağırov - 1 il 6 ay;
hicab məhbusu Elşən Abbasov - 1 il.
Comment