0
Sunday 1 January 2012 - 18:20

İran orta mənzilli raket sınaqdan keçirib

Story Code : 126779
İran
İran
İran hərbçiləri Hörmüz boğazında keçirilən təlimlər çərçivəsində orta mənzilli yer-hava tipli raketi uğurla sınaqdan keçirib. İranın rəsmi İrna agentliyi bu barədə məlumat yayıb. İranın hərbi-dəniz qüvvələrinin komandiri Mahmud Musəvi raketin ən son texnologiya və kəşfiyyat sistemləri ilə təhciz olunduğunu bildirib.

Xatırladaq ki, İranın hərbi-dəniz qüvvələri dekabrın 24-də Hörmüz boğazında "Vilayət -90" adı altında 10 günlük təlimlərə başlayıb. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edir. Təlimlər Qərb və Tehran arasında İranın nüvə fəaliyyəti ilə bağlı gərginliyin artdığı bir vaxtda keçirilir. Qərb ölkələrinin İranın neft və maliyyə sektorlarına növbəti sanksiyaların tətbiqini planlaşdırdığı ilə bağlı məlumatlara Tehran sərt cavab verib. İran Fars körfəzini və onun ətrafındakı neft hasil edən ölkələri Hind okeanı ilə əlaqələndirən Hörmüz boğazını bağlayacağını bildirib. Qeyd edək ki, dünyanın neft ixracının 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.
Comment