0
Monday 2 January 2012 - 11:41

Nyu-York polisi 68 nəfəri həbs edib

Story Code : 126960
Nyu-York polisi 68 nəfəri həbs edib
Nyu-York polisi 68 nəfəri həbs edib
"IslamTimes" "New York Daily News"-a istinadən xəbər verir ki, yeni ilin daxil olması ilə yanaşı Nyu-York polisi "Wall Street-in işağlı" hərəkatının 68 üzvünü həbs edibdir.

Etirazçılar polisin onların hərəkət etməsinin qarşısını almaq üçün yaratdığı maneələri adlayaraq, Zakuti parkında yeni ili qeyd etmək niyyətində olub.

Mənzilə doğru hərəkət edən amerikalı aktirisalardan biri deyir: "Mən polislərin heç bir nöqtəni nəzərə almadan insanları vəhşicəsinə həbs etdiyindən başqa bir şey görmədim."

Bu xanım "Twitter" səhifəsində yazıb: "Mən polis tərəfindən həbs edilmiş, və zorakılığa məruz qalmış xanıma doğru addımlayaraq ona kömək etmək niyyətində idim. O qadın "kömək" - deyə səslənərək ətrafdakılardan yardım istəyirdi."

Etirazçılar "Biz hər həftə, hər il buradayıq" deyə şüarlar səsləndiriblər.

Polis nümayişçiləri həbs etməyə başlayarkən ətrafdakı əhali də Zakuti parkına toplaşaraq etirazçılara qoşulub.
Comment