QR CodeQR Code

İSRAIL, ORTA ŞƏRQ ÜÇÜN TƏHLÜKƏ MƏNBƏYIDIR

Faktxəbər.com , 6 Oct 2009 07:26

MAQATE-nin rəhbəri əl-Baradeyi Tehranda təşkil etdiyi mətbuat konfransında nüvə silah sahibi olan İsrailin bölgənin bir nömrəli təhlükəsi olduğunu vurğulayıb.


İran atom enerjisi təşkilatı başçısı Əli Əkbər Salehi ilə ortaq mətbuat konfransına qatılan MAQATE rəhbəri Məhəmməd əl-Baradeyi İsraili bölgə üçün təhlükə adlandırıb.

Dünyanın ancaq bütün nüvə silahlardan təmizlənildiyi təqdirdə sabitlik və təhlükəsizliyə qovuşacağını deyən əl-Baradeyi, bu vəziyyətin Orta şərq bölgəsi üçün də etibarlı olduğunu bildirib. 

Əl- Baradeyi İsrailin 30 ildir agentlik ilə əməkdaşlıq etmədiyini və NPT üzvlüyünü rədd etdiyini və agentlik nəzarətçilərinə nüvə təsislərinə nəzarət etmə icazəsi vermədiyini bildirib. 

O, İsrailin nüvə silahları üzündən Orta şərq bölgəsinin bir nömrəli təhlükəsi olduğunu vurğulayıb.


Story Code: 12702

News Link :
https://www.islamtimes.org/az/news/12702/israil-orta-şərq-üçün-təhlükə-mənbəyidir

Islam Times
  https://www.islamtimes.org