0
Monday 2 January 2012 - 17:30

İran uzunmənzilli raketlərin sınağına başlayıb

Story Code : 127041
İran uzunmənzilli raketlərin sınağına başlayıb
İran uzunmənzilli raketlərin sınağına başlayıb
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İranın Hərbi Dəniz Donanmasının rəsmi nümayəndəsi Mahmud Musəvi deyib.

"Qadir" adlı uzunmənzilli raket yüksək sürətlə və dəqiqliklə donanmalara, hərbi katerlərə və digər dəniz obyektlərinə hücum etməyə qadirdir. "Yer-dəniz" və "dəniz-dəniz" növlü raketlər vertolyotlarda da quraşdırıla bilər.

Musəvinin sözlərinə görə, bu gün "Nur" modeli olan "yer-yer" raketi və yaxınmənzilli "Nəsr" raketi də sınaqdan keçiriləcək.

İran HHQ-nin 10 günlük "Vilayət-90" təlimləri dekabrın 24-də başlanıb.

Manevrlərin zonası beynəlxalq sularda Hörmüz boğazından Oman körfəzinə qədər təxminən 2 min kvadrat kilometr ərazini təşkil edir.

Comment