QR CodeQR Code

TÜRKIYƏ ƏLIYEV-SARKISYAN GÖRÜŞÜNÜN INTIZARINDADIR

Abdulla Gül prezidentlərin Kişinyov görüşünün mühümlüyündən danışıb

6 Oct 2009 07:12

Türkiyə prezidenti Abdulla Gül Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçiriləcək görüşünün mühümlüyündən danışıb.


Onun sözlərinə görə, İlham Əliyev Rusiya və Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına göstərdikləri münasibətdən xoş təəssürat alıb.

“Azərbaycan tərəfi məsələnin yüksək səviyyədə müzakirə olunmasından razıdır. Hamıya məlumdur ki, Qarabağ məsələsində tərəqqi Ermənistanla münasibətlərin yoluna qoyulması üçün lazımdır. Məsələnin ölü yerindən tərpədilməsi üçün əlverişli mövqeyimiz var”, - deyə Türkiyə prezidenti bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə Qafqazda mövcud olan münaqişələrin həlli yollarını axtarmağı davam etdirir və regionda sülhün bərqərar olmasını bütün tərəflər üçün faydalı hesab edir.

Qeyd edək ki, Əliyev və Sarksyan arasında növbəti görüş oktyabrın 8-də MDB ölkələrinin Moldova paytaxtında keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində baş tutmalıdır.


Story Code: 12708

News Link :
https://www.islamtimes.org/az/news/12708/türkiyə-əliyev-sarkisyan-görüşünün-intizarindadir

Islam Times
  https://www.islamtimes.org