QR CodeQR Code

Rusiya ilə İsrail rejimi arasında diplomatik dava

2 Jan 2012 22:42

IslamTimes - İsrail rejimi Rusiya hərbi ataşşesini persona non-qrata elan edib.


ANS PRESS Isaril rejimində dərc olunan "Qaares" qəzetinə istinadən bildirir ki, hadisə dörd ay əvvəl baş versə də, bu barədə yalnız indi məlum olub.

İsrail rejimi ərazisindən çıxarılan rus diplomatının adı məlum olmasa da, Təl-Əviv bu addımı ilə Moskvaya adekvat cavab verib və 14 may 2011-ci ildə İsrail rejiminin diplomatı Vadim Leydarmanın Moskvadan çıxarılmasının əvəzini çıxıb.


Leydarman məlumat toplamaqda və İsrail rejiminin şirkətlərinin məhsullarını lobbiləşdirməkdə günahlandırılırdı. /ans/


Story Code: 127143

News Link :
https://www.islamtimes.org/az/news/127143/rusiya-ilə-israil-rejimi-arasında-diplomatik-dava

Islam Times
  https://www.islamtimes.org