0
Tuesday 3 January 2012 - 11:00

İran yanacaq naqilləri istehsal etməklə Qərbi şoka saldı

Story Code : 127222
İran yanacaq naqilləri istehsal etməklə Qərbi şoka saldı
İran yanacaq naqilləri istehsal etməklə Qərbi şoka saldı
"IslamTimes" xəbər verir ki, İranın "sanksiyalar bizə daha sürətli inkişaf etməyə kömək edir" deyə vurğulaması bir çoxlarına gülünc görünürdü. Amma bu gün İran bu sözlərinin həqiqət olduğunu sübuta yetirdi. "Vilayət 90" təlimləri ilə dünyaya səs salan İslam Respublikası bu dəfə beynəlxalq sanksiyaların yanacaq naqillərini xarici bazarlardan alınmasına qadağa qoymasından sonra atom-elektrik stansiyasında istifadə olunmaq üçün yanacaq naqilləri istehsal edib. Bu xəbər sözün əsil mənasında Qərbi şoka salıb. 

Xatırladaq ki, İranın daxili istehsalı olan zənginləşdirilmiş uran ehtiva edən təbii uran maddəsinə malik 1500 mgw/s gücə sahib naqillər Tehrandakı nüvə reaktorunun özəyinə yerləşdirilərək uğurla sınaqdan keçirilib.
Comment