0
Tuesday 3 January 2012 - 19:11

Sarkoziyə daha bir zərbə vurdular

Story Code : 127354
Sarkoziyə daha bir zərbə vurdular
Sarkoziyə daha bir zərbə vurdular
Prezident seçkiləri öncəsi Nikola Sarkozinin başı yeni bir dərdə girib. “Liberasyon” qəzetinin yazdığına görə Sarkozinin də əlinin olduğu ehtimal edilən bir korrupsiya əməliyyatı Fransa Müdafiə Nazirliyində prokurorluğun yoxlamalara başlamasına səbəb olub. Bu əməliyyat 90-cı illərdə, Nikola Sarkozi Büdcəyə Nəzarət naziri vəzifəsini tutduğu zaman baş verib.

O zaman Fransa Pakistandan sualtı qayıqlar hazırlamaq üçün sifariş almışdı. Sarkozinin icazəsi ilə bu sifariş üzrə pulların köçürülməsi üçün Lüksemburqda offşor firmalarının yaradılmasına icazə verib. İki il ərzində bu şirkətlərin hesabına 200 milyon frank məbləğində pul köçürülüb. İndi istintaq həmin pulların sonradan hara köçürüldüyünü araşdırmaqla məşğuldur.

Müdafiə Nazirliyinin keçmiş məmuru Jerar Filipp Menaya bildirib ki, Lüksemburqda yaranan bu firmalar vasitəsilə Paris və İslamabad komissiyon faizlərinin taleyini həll ediblər. Menaya çox səliqəli şəkildə bildirib ki, “Büdcə nazirinin icazəsi olmadan bu səviyəli qərarlar qəbul edilmirdi”.

İlkin ehtimala görə əvvəlcə hər şey qanuni yolla gedib. Sonradan isə Fransa tərəfdən olan partnyorlar Pakistanlılara çatacaq faizləri ödəməkdən imtina ediblər. İstintaq ehtimal edir ki, 2002-ci ilin may ayında Pakistanda fransız hərbçı mühəndislərinin olduğu avtobusun partladılması və 15 hərbçinin həlak olması da bu anıaşılmazlığın nəticəsi olub.

İstintaq eyni zamanda ehtimal edir ki, bu vəsaitlər o zamankı baş nazir Eduard Balladyurun seçki kampaniyasının maliyyələşdirilməsi üçün sərf olunub və 1995-ci ildə Balladyurun seçki qərargahının rəhbəri Nikola Sarkozi idi.

Xatırladaq ki, Fransada prezident seçkiləri yaxınlaşmaqdadır və Nikola Sarkozinin reytinqi onsuz da ürəkaçan vəziyyətdə deyildi.

İki ay əvvəl keçirilən rəy sorğusunun nəticələrinə görə fransızların 70 faizindən çoxu Sarkozinin fəaliyyətindən narazıdır. Əhalinin 38 faizi prezidentdən “olduqca narazı”, 32 faizi isə “hər halda, narazı” olduğunu ifadə edib. Franszıların yalnız 5 faizi Sarkozinin fəaliyyətindən “çox razı” qaldığını bildirmişdi.
Source : HaqqYolu
Comment