QR CodeQR Code

Dilənçilər Eurovisionu gözləyir

4 Jan 2012 07:15

IslamTimes - “Eurovision-2012”yə bir neçə ay qalıb.


Aprel-may aylarında şəhərin əcnəbilərlə dolub daşacağı da hər kəsə məlumdur. Dilənçilərin bu aylarda işə çıxmayacağına heç kəs təminat verə bilməz. Hətta respublikanın bütün guşələrində dolaşan avara və dilənçilərin də paytaxta yığılacağı şübhəsizdir. Belə vəziyyətdə isə şəhərdə kriminogen duruma nəzarət etmək çətin olacaq. Digər tərəfdən, hansısa əcnəbi aldadılsa və ya eyni turistin qarşısına 2 dəfə dilənçi çıxarsa, bu xarici media üçün əməlli başlı material olacaq (üstəgəl sosial şəbəkə). Dilənçini rayona yola salmaqla isə məsələ bitmir. Səhər rayona yola alınan dilənçi, gecə heç bir problemsiz paytaxta qayıdacaq. Hər evə və ya hər dilənçiyə bir polis təhkim etmək isə qeyri-mümkündür.
Lakin bu məsələnin sanballı həlli üçün qanuna dəyişiklik edilməlidir. Əgər Türkiyə və ya Latviya kimi, dilənçini bu tindən o tinə qovmaq yerinə ona pul verən cəzalandırılarsa, qısa vaxta qayda yaratmaq mümkündür. Belə olarsa, bizdə də dərsdən yayınıb dilənməklə məşğul olan uşaqların sayı azalar. Digər tərəfdən, dilənməyi özünə peşə etmiş insanlar da “bazar öldüyü üçün” daha faydalı iş taparlar. Lent.az



Story Code: 127516

News Link :
https://www.islamtimes.org/az/news/127516/dilənçilər-eurovisionu-gözləyir

Islam Times
  https://www.islamtimes.org