0
Wednesday 4 January 2012 - 17:00

Obamadan Belarusa qarşı akt

Story Code : 127665
Obamadan Belarusa qarşı akt
Obamadan Belarusa qarşı akt
ABŞ prezidenti Barak Obama Belorusda demokratiya və insan haqları barədə Konqres aktını imzalayıb.

CNN-nin verdiyi məlumata görə, qanun 2010-cu ilin dekabrında keçirilən prezident seçkilərindən sonrakı dövrdə müxalif fəalların təzyiqlərə məruz qalması ilə bağlı Aleksandr Lukaşenko rejiminə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Belarusa silah satışı da qadağan olunur. Sənəddə 2014-cü ildə Minskdə xokkey üzrə dünya çempionatı keçirməyi planlaşdıran Beynəlxalq Xokkey Federasiyasına bu plandan imtina etmək çağırışı da yer alıb. /Lent.az/

Comment