QR CodeQR Code

Misirdə parlament seçkisi: islamçılar liderdir

Milli.az , 6 Jan 2012 11:36

IslamTimes - Misirdə parlament seçkisinin üçüncü turundan sonra islamçılar liderliklərini inamla davam etdirirlər.


"İTAR-TASS"-ın verdiyi xəbərə əsasən, yanvarın 3-4-də keçirilmiş üçüncü turdan sonra 9 əyalətdə səslərin hesablanması başa çatdırılıb. İndiyə olan vəziyyətə "Müsəlman qardaşlar" liderdir. "An-Nur" partiyasından 2-ci pillədə qərarlaşıb. Üçüncü yerdə "Yeni Vafd" liberal partiyası, dördüncü yerdə isə "Əl-Kütlə əl-masriyə" blokundan olan demokratlardır.

Misirdə ötən il Hüsnü Mübarək hakimiyyətinin devrilməsilə nəticələnmiş inqilabdan sonra keçirilən ilk seçkinin yekun nəticələrinin yanvarın 13-də açıqlanacağı gözlənilir.

Milli.Az


Story Code: 128052

News Link :
https://www.islamtimes.org/az/news/128052/misirdə-parlament-seçkisi-islamçılar-liderdir

Islam Times
  https://www.islamtimes.org