QR CodeQR Code

İranda növbəti hərbi-dəniz təlimləri keçiriləcək

6 Jan 2012 12:46

IslamTimes - İran İslam İnqilabı Keşikçiləri Korpusu 2012-ci ilin fevralında növbəti hərbi-dəniz təlimlərinin keçirilməsini planlaşdırır


Bunu ölkənin Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi bildirib. Bu barədə “Farsnews” xəbər yayıb.

Fədəvinin sözlərinə görə, "VII Böyük Peyğəmbər" şərti adı altında manevrlər Fars körfəzi rayonunda və Hörmüz boğazında keçiriləcək.

"VII Böyük Peyğəmbər" hərbi təlimləri son yeddi il ərzində hər il keçirilir. Sonuncu dəfə belə təlimlər 2011-ci ilin iyun-iyulunda keçirilib.

Təlimlər sırf ölkənin müdafiə qabiliyyətinin nümayişi və "sülh və dostluq" şüarı altında keçiriləcək.

Qarşıdakı "VII Böyük Peyğəmbər" manevrlərindən danışarkən Fədəvi qeyd edib ki, "təlimlər İİKK-nın gücünün nümayiş etdirilməsi məqsədi daşıyır. O, həmçinin əlavə edib ki, "bu manevrlər İranın əvvəllər keçirdiyi manevrlərdən fərqlənəcək".

Tehran İran üçün xarici təhlükənin yalnız ABŞ və İsraildən gəldiyini, İran raketlərinin Avropa üçün heç bir təhlükə törətmədiyini bəyan edir. /Trend/


Story Code: 128056

News Link :
https://www.islamtimes.org/az/news/128056/iranda-növbəti-hərbi-dəniz-təlimləri-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org