0
Friday 6 January 2012 - 18:22

Ayətullah Məkarim Şirazi Azərbaycan hakimiyyətinə həbs olunan dindarları azadlığa buraxmağı tövsiyə edib

Story Code : 128104
Ayətullah Məkarim Şirazi Azərbaycan hakimiyyətinə həbs olunan dindarları azadlığa buraxmağı tövsiyə edib
Ayətullah Məkarim Şirazi Azərbaycan hakimiyyətinə həbs olunan dindarları azadlığa buraxmağı tövsiyə edib
Bunu ayətullah Məkarim Şirazi açıqlayıb. O deyib: "Biz digər dövlətlərin siyasətinə müdaxilə etmirik. Biz Fələstin müsəlmanlarına kömək edirik, şiə və sünnilər arasında fərq qoymuruq. Bizim vəzifəmiz xüsusilə şiə məzlumları daxil olmaqla bütün müsəlmanlara kömək göstərməkdir. Hamıya məlumdur ki, Bəhreyndəki və Azərbaycandakı şiələrin vəziyyəti daha ağırdır".
Azərbaycanda şiələrin hökumətin təqibinə məruz qaldığını vurğulayan M.Şirazi bildirib ki, respublika rəhbərliyi dindarlara qarşı münasibətdə kommunist dövründən qalan siyasəti aparır. Bu siyasətin məqsədi möminlərə zülm vermək və onları təqib etməkdir. Azərbaycan hökuməti orta məktəblərdə hicab geyinməyə icazə vermir, nümayişlərin keçirilməsinin qarşısını alır, dindarları həbs edir, dini ədəbiyyatın nəşrinə qadağa qoyur. Onlar cəmiyyətdə dini kökündən qoparmağa ümid bəsləyirlər, ancaq bununla sadəcə özlərinə ziyan vururlar.
Onun sözlərinə görə, Azərbaycan hökuməti dərk etməlidir ki, şiələr İmam Hüseyn (a.s.) məktəbinin davamçılarıdır və zülm qarşısında təqib etdikləri yoldan dönməyəcəklər".
Ayətullah, Azərbaycan hakimiyyətinə dindarların tələblərini diqqətə almağı və həbs olunan dindarları azadlığa buraxmağı tövsiyə edib.
Source : SalamNews
Comment